...

BFB-nin dövriyyəsi artıb

İqtisadiyyat Materials 5 Dekabr 2024 13:43 (UTC +04:00)
BFB-nin dövriyyəsi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 11 ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63 milyard 745 milyon 183 min 772 manat təşkil edib.

Trend Fonda istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41 milyard 908 milyon 281 min 580 manat və ya 2,9 dəfə (191,9%) çoxdur.

Ötən il BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 21 milyard 836 milyon 902 min 192 manat təşkil etmişdi.

BFB-nin dövriyyəsinin 55 milyard 827 milyon 815 min 880 manatı repo əməliyyatlarının payına düşüb ki, bu da illik müqayisədə 42 milyard 729 milyon 74 min 599 manat və ya 4,3 dəfə (326,2%) çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti