...

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

İqtisadiyyat Materials 15 Fevral 2025 10:46 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,24 ABŞ dolları və ya 0,31% azalaraq 76,61 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar və ya 0,35% ucuzlaşaraq 75,13 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,26 dollar və ya 0,43% azalaraq 59,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,25 dollar və ya 0,33% azalaraq 74,87 dollar/barel təşkil edib.

Fevralın 15-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti