...

Fitch: Azərbaycanın bank sektoru 2019-cu ildən dollarlaşmanın azalması sayəsində güclənib

İqtisadiyyat Materials 26 Fevral 2025 17:45 (UTC +04:00)
Fitch: Azərbaycanın bank sektoru 2019-cu ildən dollarlaşmanın azalması sayəsində güclənib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektoru 2019-cu ildən dollarlaşmanın azalması və aktivlərin keyfiyyətinin yaxşılaşması sayəsində güclənib.

Trend bu barədə “Fitch Ratings”in hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, Cənubi Qafqaz regionunda müşahidə olunan siyasi və ya geosiyasi hadisələr kənar təsirlərə məruz qalma riskini artırır və Gürcüstan (BB/Neqativ), Ermənistan (BB-/Sabit) və Azərbaycan (BBB-/Sabit) üçün suveren kredit profilləri baxımından böyük təsirə malikdir.

"Azərbaycanın güclü xarici balansı onun kredit reytinqini dəstəkləməyə davam edir. Fiskal siyasət dövlətin dayanıqlı xarici aktivlərinin qorunmasına və makroiqtisadi disbalansın artımının qarşısının alınmasına, eyni zamanda neftin qiymətinin dəyişkənliyini idarə etmək üçün kifayət qədər resursların saxlanmasına yönəldiləcək", - deyə hesabatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti