Bakı.Trend:
LEF network Azerbaijan layihəsi bu il yekunlaşsa da, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlıq başqa formatda davam edəcək.
Bu barədə Trend-ə Latviyanın ticarə-sənaye palatasının Aİ layihələri üzər departamentinin direktoru Liqa Siçyova Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına həsr olunmuş B2B Forumu çərçivəsində açıqlamasında bildirib.
““LEF network Azerbaijan” layihəsi şirkətlər arasında əməkdaşlığın inkişafına aktiv şəkildə vasitəçilik edir, lakin layihənin özü bu ilin sonunda yekunlaşır. Biz Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlığın və təmasların qurulmasına maraq göstərən şirkətləri dəstəkləyirik. Layihə çərçivəsində bu il Mərkəzi-Baltika ölkələrində iki ticarət missiyasının yerinə yetirilməsi planlaşdırılır. Eyni zamanda oktyabr ayında Baltika ölkələrindən Azərbaycana ticarət missiyası təşkil olunacaq”, -deyə L. Siçyova bildirib.
O qeyd edib ki, LEF network Azerbaijan layihəsinin yekunlaşmasından sonra Azərbaycanın biznes-təşkilatları və “Caspian Energy Club”la əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.
“Biz eyni zamanda əməkdaşlıqla bağlı müxtəlif memorandumlar bağlamağa can atırıq və - ola bilsin başqa formatda, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında qarşılıqlı-əlaqəni qoruyub saxlamaqla – birgə fəaliyyəti davam etdirməyə hazırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Baltika ölkələrindən olan bizens Azərbaycanda böyük potensial görür. Tarix və mədəniyyətdə insanları birləşdirən orta anlar var. Bununla belə mədəni fərqlər əməkdaşlıq üçün yeni imkanlar açır.
"Məsələn, Azərbaycana gələn şirkətlər yerli biznesin Avropa bazarına çıxışını dəstəkləməyə, lazımi sertifikatlaşdırma təşkil etməyə və ya IT çözümləri təqdim etməyə hazırdır", – deyə o əlavə edib.
L. Siçyova qeyd edib ki, LEF network Azerbaijan layihəsi Azərbaycanda mühüm dəstək alır, xüsusilə Caspian Energy Club, AZPROMO, KOBİA və Alman-Azərbaycan Ticarət Palatası kimi təşkilatlardan.
Qeyd edək ki, LEF network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına yönəlib. Layihə 2023-cü ilin martında başlayıb və müddəti 36 aydır, büdcəsi isə 1,264 milyon avro təşkil edir.