Bakı. Trend:
Azərbaycanın Astara rayonunun ərazisində yerləşən Ləvain su anbarında əsaslı təmir işləri aparılacaq.
Trend-in əldə
etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyində Regional Su Meliorasiya Xidməti bununla bağlı müvafiq
işlərə başlayıb.
Belə ki, əsaslı təmir işləri su anbarında baş verən sızmaların
qarşısının alınması məqsədilə həyata keçiriləcək.
Qurum artıq sözügedən işləri icra edəcək şirkət axtarışındadır və bunun müqabilində 200 min manat ödəməyə də hazırdır.
Qeyd edək ki, Ləvain su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilib. Su anbarı 3 mənbədən - Ləvain, Sixaru və Digədi çaylarından qidalanır.