...

Azərbaycan şirkətləri Orta Dəhlizin inkişafında mühüm rol oynayır - Baş katib (ÖZƏL)

İqtisadiyyat Materials 4 Mart 2025 20:00 (UTC +04:00)
Azərbaycan şirkətləri Orta Dəhlizin inkişafında mühüm rol oynayır - Baş katib (ÖZƏL)
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ən fəal iştirakçılardan biri kimi Orta Dəhlizin inkişafında əsas rollardan birini oynayır.

Bunu Trend-ə Bakıda keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə iclas çərçivəsində TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov özəl müsahibəsində deyib.

“Azərbaycan Orta Dəhlizin təhlükəsizliyinin təmin edilməsində əsas rollardan birini oynayır, çünki Azərbaycanın nəqliyyat şirkətləri beynəlxalq nəqliyyat marşrutunun fəal iştirakçıları sırasındadır və bu gün bu marşrutun inkişafına mühüm töhfə verir”, - o vurğulayıb.

Qaydar Abdikerimov marşrutun əsas məqsədini - istehlakçılara keyfiyyətli xidmət göstərmək olduğunu qeyd edib: "Daşımaların həcmi artdıqca dəhlizə tələbat da artır. Eyni zamanda, marşrutun ötürücülük qabiliyyətinə ehtiyac da artır ki, bu da yaranan problemlərin həllində mühüm rol oynayır".

Xatırladaq ki, martın 4-də Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Hüquqi Şəxslərinin Baş Assambleyasının iclası keçirilib. Tədbirdə 10 ölkədən nümayəndə heyətləri, o cümlədən assosiasiyaya üzv ölkələrin dəmir yolu administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin yekununda “Xəzər dənizinin limanları arasında fider əlaqələrinin təşkili” və “Fider gəmilərinin yüklənməsinin təmin edilməsi” haqqında sazişlərin imzalanması mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti