...

Azərbaycanın su ehtiyatlarının 60%-i qonşu dövlətlərin ərazisindən daxil olur

İqtisadiyyat Materials 5 Mart 2025 12:31 (UTC +04:00)
Azərbaycanın su ehtiyatlarının 60%-i qonşu dövlətlərin ərazisindən daxil olur
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Əgər ötən əsrin sonlarında transərhəd çaylarda təxminən 20 milyard kub metr, yerli çaylarda isə 10 milyard kubmetr su formalaşırdısa, indi ümumi su ehtiyatlarımız iqlim dəyişmələrinin təsiri nəticəsində 5 milyard kubmetr azalaraq 25 milyard kubmetrə yaxındır.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, qonşu dövlətlər tərəfindən ildə orta hesabla 5 milyard kubmetr su götürüldüyünü nəzərə alsaq görərik ki, su ehtiyatlarımız hal-hazırda 20 milyard kubmetrə yaxındır ki, onun da 12 milyard kubmetri və ya 60%-i qonşu dövlətlərin ərazisindən daxil olur.

"Gələcəkdə transsərhəd çaylar hövzəsində qonşu dövlətlər tərəfindən istifadə üçün götürülən suyun miqdarının artması və müxtəlif çirkab suları vasitəsilə onların daha ciddi səviyyədə çirklənməsi kimi problemlərin daha da kəskinləşməsi su təchizatında yerli çaylarımızın rolunun daha da artacağına bir işarədir", - deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti