Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan xaricə 2 min ton mis filizləri və konsentratları ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu miqdarda məhsul ixracının dəyəri 2,4 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,8 min ton və ya 10,5 dəfə, dəyər ifadəsi ilə 2,1 milyon ABŞ dolları, yaxud da 7,1 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan xaricə 0,2 min ton miqdarında, 0,3 milyon ABŞ dolları dəyərində mis filizləri və konsentratları ixrac edilib.
Qeyd edək ki, ötən ay ixrac olunan mis filizləri və konsentratlarının ümumi ixracda payı 1,06% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycandan 2,1 milyon ABŞ dolları dəyərində, 1,2 min ton miqdarında mis filizləri və konsentratları ixrac olunub. Bu, 2023-cü ildəki göstəricidən dəyər ifadəsi ilə 89% və ya 16,9 milyon ABŞ dolları, miqdar ifadəsi ilə 92,6% və ya 15,4 min ton azdır.
Hesabat dövründə mis filizləri və konsentratları ixracı ölkənin ümumi ixracının 0,07%-ni təşkil edib.