...

Azərbaycanla Sloveniya arasında ticarət dövriyyəsi azalıb

İqtisadiyyat Materials 8 Mart 2025 13:48 (UTC +04:00)
Azərbaycanla Sloveniya arasında ticarət dövriyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 30,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 9,7 milyon ABŞ dolları və ya 24,5% azdır.

Hesabat dövründə Azərbaycandan Sloveniyaya 8,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 3 milyon ABŞ dolları, başqa sözlə, 27% azalma deməkdir.

Həmçinin ötən il Azərbaycana Sloveniyadan məhsul idxalı illik müqayisədə 6,7 milyon ABŞ dolları və ya 23,5% azalaraq 21,9 milyon ABŞ dollarına bərabər olub.

Təkcə bu ilin yanvar ayında isə Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 4,9 milyon ABŞ dolları olub.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 61,9% çoxdur.

Hesabat ayında Azərbaycandan Sloveniyaya 2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 802 min ABŞ dolları və ya 66,1% çoxdur.

Eyni zamanda bu ilin yanvarında Azərbaycana Sloveniyaya məhsul idxalı illik müqayisədə 262 min ABŞ dolları və ya 1,1% artaraq 2,9 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti