Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar (gündəlik orta hesabla 3,9 milyon manat) satılıb.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 milyon manat, yaxud da 11,5% çoxdur.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 206,3 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar (gündəlik orta hesabla 3,4 milyon manat) satılıb.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq, o cümlədən 5,07 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.