...

Azərbaycanda mis konsentratı istehsalı 11 dəfədən çox artıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:38 (UTC +04:00)
Azərbaycanda mis konsentratı istehsalı 11 dəfədən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 356,3 ton mis konsentratı istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 324,1 ton və ya 11,1 dəfə artıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 32,2 ton mis konsentratı istehsal edilib.

Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 234,5 ton olub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 378,8 ton mis konsentratı istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1 743 ton və ya 5,6 dəfə azdır. 2023-cü ildə istehsal olunan mis konsentratının miqdarı 2 122 ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti