Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 257,1 min ton avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 min ton və ya 3,3% çoxdur.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 248,9 min ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 84,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.