Bakı. Trend:
Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin veriləcək, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndiriləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.
Tədbirin əsas icraçı qurumu kimi İqtisadiyyat Nazirliyi təyin edilib. Digər icraçılar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyidir.
Fəaliyyətin icra müddəti 2025-2028-ci illəri əhatə edəcək.
Sahibkarlıq subyektlərinin süni intellektin tətbiqi ilə bağlı üzləşdikləri maliyyə çatışmazlığının tədqiq olunması, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və təsdiq üçün təqdim olunması, güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirlərinin həyata keçirilməsi (azı 50 sahibkarlıq subyektinə) nəzərdə tutulur.