...

Azərbaycan Yaponiya iqtisadiyyatına birbaşa investisiyalarını 10 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 23 Mart 2025 21:00 (UTC +04:00)
Azərbaycan Yaponiya iqtisadiyyatına birbaşa investisiyalarını 10 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Yaponiyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 180,639 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 13,213 milyon ABŞ dolları və ya 6,8% azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyadan yatırılan investisiyaların payı 4% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Yaponiya iqtisadiyyatına 18,454 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 16,593 milyon ABŞ dolları və ya 9,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,3% təşkil edib.

2023-cü ildə Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 193,852 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 1,861 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Xəbər lenti

Xəbər lenti