Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 61,9 min ton üzvi kimyəvi birləşmələr ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlirin həcmi 19,8 milyon ABŞ dolları olub.
Üzvi kimyəvi birləşmələr ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 20,5 min ton və ya 24,9% azalıb, dəyər ifadəsi ilə 4,1 milyon ABŞ dolları, yaxud da 26% artıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycandan ixrac edilmiş üzvi kimyəvi birləşmələrin miqdarı 82,4 min ton, dəyəri isə 15,7 milyon ABŞ dolları olub.
Qeyd edək ki, hesabat ayında sözügedən məmulatların ixracı ölkənin ümumi ixracında 0.42% paya sahib olub.