...

Küveytdən Azərbaycana pul köçürmələri cüzi azalıb

İqtisadiyyat Materials 31 Mart 2025 09:15 (UTC +04:00)
Küveytdən Azərbaycana pul köçürmələri cüzi azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Küveytdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 183 min ABŞ dolları və ya 5,4% azdır.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Küveytin payı 0,3% təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Küveytdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,4 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti