Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında sürətli pul köçürmə sistemləri ilə banklara 254,6 min ədəd əməliyyat üzrə 111,8 milyon manat vəsait daxil olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 44,5 min ədəd və ya 14,9%, vəsait həcmi üzrə isə 39,6 milyon manat və ya 26,1% azdır.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 439,1 manat təşkil edib ki, bu da 2024-cü ilin yanvar-fevral aylarındakı göstərici ilə müqayisədə 67,1 manat və ya 13,2% azdır.
Eyni zamanda cari ilin yanvar-fevral aylarında sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 86,5 min ədəd əməliyyat üzrə 37,1 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 17,1 min ədəd və ya 16,5% azdır.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 428,6 manata bərabər olub ki, bu da 2024-cü ilin yanvar-fevral aylarındakı göstəriciyə nisbətən 15,5 manat və ya 3,5% azdır.