...

Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırılır

İqtisadiyyat Materials 14 Aprel 2025 17:01 (UTC +04:00)
Azərbaycanla bu ölkə arasında  ikiqat vergitutma aradan qaldırılır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Kamboca Krallığının Pnompen şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığının Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə birinci raund danışıqlar keçirilib.

Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Kamboca Krallığı tərəfindən isə Maliyyə və İqtisadiyyat Nazirliyinin Vergi Departamentinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələr nəticəsində saziş layihəsinin əksər maddələri üzrə razılıq əldə olunub, bir neçə maddənin razılaşdırılması məqsədilə danışıqların davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti