...

Azərbaycanda mis konsentratı istehsalı 10 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 15 Aprel 2025 11:58 (UTC +04:00)
Azərbaycanda mis konsentratı istehsalı 10 dəfəyə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 531,3 ton mis konsentratı istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 477 ton və ya 9,8 dəfə artıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda 54,3 ton mis konsentratı istehsal edilib.

Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 176,4 ton olub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 378,8 ton mis konsentratı istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1 743 ton və ya 5,6 dəfə azdır. 2023-cü ildə istehsal olunan mis konsentratının miqdarı 2 122 ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti