...

Bakının avtobus dayanacaqları yenilənəcək - 1,7 milyon manat ayrıldı

İqtisadiyyat Materials 22 Aprel 2025 09:29 (UTC +04:00)
Bakının avtobus dayanacaqları yenilənəcək - 1,7 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) müvafiq işlərə yekun vurulub.

AYNA sözügedən işlərin icrasını "SMCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1,7 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 88 500 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti