...

Azərbaycan Çin şikrəti ilə “Qobustan” günəş elektrik stansiyası ilə bağlı İnvestisiya Müqaviləsi imzalayıb

İqtisadiyyat Materials 23 Aprel 2025 12:42 (UTC +04:00)
Azərbaycan Çin şikrəti ilə “Qobustan” günəş elektrik stansiyası ilə bağlı İnvestisiya Müqaviləsi imzalayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC (“Universal Energy Co., Ltd.” şirkətinin Azərbaycandakı törəmə müəssisəsi) arasında Azərbaycanda 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi Energetika Nazirliyi və “Universal Solar Azerbaijan” MMC tərəfindən imzalanıb.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq.

2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək.

Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti