Bakı. Trend:
Azərbaycan və digər tərəfdaş ölkələrin kosmos fəaliyyəti ilə bağlı nailiyyətlərindən məmnunam.
Trend xəbər verir ki, bunu Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabekov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.
O, əvvəlcə Azərbaycan və digər tərəfdaş ölkələrin kosmos fəaliyyəti ilə bağlı nailiyyətlərindən məmnun olduğunu bildirib: "Bu sahədə bir sıra şirkətlərlə əməkdaşlıq edirik. Bir neçə müddət əvvəl Daşkənddə bir şirkətlə tanış olduq, indi o, Qazaxıstanın böyük tərəfdaşıdır. Həmçinin Ankarada sonuncu tədbirdə yenə bir Şərqi Avropa şirkəti tapdıq, indi onlarla işləyirik".
"Düşünürəm ki, bu konfrans bizim hamımız üçün yeni dostlar tapmaq, yeni hədəflər, yeniliklər müəyyənləşdirmək üçün əla fürsətdir. Biz Qazaxıstanda da kosmik sahədə ciddi işlər görməkdəyik. 8-10 sentyabrda ölkəmizdə xüsusi bir kosmik hadisə - Qazaxıstanda Kosmos Günləri olacaq", - o qeyd edib.