...

AİB yaxın 5-10 ildə illik kreditləşmə həcmini artırmağı planlaşdırır — Albert Park

İqtisadiyyat Materials 4 May 2025 16:25 (UTC +04:00)
AİB yaxın 5-10 ildə illik kreditləşmə həcmini artırmağı planlaşdırır — Albert Park
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Asiya İnkişaf Bankı (AİB) növbəti 5-10 il ərzində illik kreditləşmə həcmini artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu bu gün Milanda keçirilən AİB-in 58-ci İllik Toplantısında “Qloballaşma – davamlı inkişafın hərəkətverici qüvvəsi kimi” adlı sessiyada çıxış edən AİB-in İqtisadi Araşdırmalar və İnkişafa Təsir Departamentinin baş iqtisadçısı və baş direktoru Albert Park deyib.

O, artan dayanıqlı inkişaf ehtiyaclarını ödəmək üçün bankın maliyyələşdirməni artırmaq və qlobal tərəfdaşlıqları gücləndirmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.

"Maliyyələşdirmə baxımından, hazırda tətbiq olunan yanaşma məhz budur", - o bildirib. Park qeyd edib ki, beynəlxalq yardım və hökumət büdcələrinin azalması fonunda çoxtərəfli inkişaf banklarının strategiyalarının dəyişdirilməsinə işarə etdi.

O bildirib ki, USAID kimi agentliklər bu yaxınlarda öz fəaliyyətlərini bağlasalar və ya ixtisar etsələr də, çoxtərəfli inkişaf bankları öz səylərini gücləndirirlər. “Bütün çoxtərəfli inkişaf bankları banklara mövcud kapitallarından daha çox istifadə etməyə imkan verən kapital adekvatlığının qiymətləndirilməsi sayəsində maliyyələşdirmə həcmlərini artırmağı planlaşdırır”, - o əlavə edib.

Park bildirib ki, AİB növbəti 5-10 il ərzində illik kreditləşməni təqribən 24 milyard dollardan 30 milyard dollara çatdırmağı hədəfləyir. "Bu vəsaitlər bir çox vəzifələrin həyata keçirilməsi üçün lazım olacaq", - deyən Park, iqlimin maliyyələşdirilməsinə artan diqqəti və özəl sektorun əsas rolunu qeyd etdi.

"Hər kəs başa düşür ki, çoxtərəfli inkişaf bankları və hökumətlərdən alınan maliyyə həm iqlim dəyişikliyinin azaldılması, həm də uyğunlaşma ehtiyaclarını ödəmək üçün kifayət etməyəcək. Çoxtərəfli inkişaf bankları həmçinin özəl sektorun inkişafını və özəl investisiyaların səfərbər edilməsini fəal şəkildə dəstəkləyir”, - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti