...

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb - İqtisadiyyat nazirinin müavini

İqtisadiyyat Materials 5 May 2025 10:40 (UTC +04:00)
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb - İqtisadiyyat nazirinin müavini
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25,9%, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

"Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5% artıb",- deyə Elnur Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti