Milan. Trend:
İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının İdarə heyəti şurasının açılış mərasimi başlayıb. Mərasimlə bankı 58-ci illik iclası rəsmi olaraq start götürüb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu gün eyni zamanda idarə heyətinin işgüzar sessiyası keçiriləcək. Sessiyada maliyyə hesabatları, AİB-nin illik hesabatın nəzərdən keçiriləcək və təsdiqlənəcək, qətnamələ qəbul olunacaq, eləcə də iştirakçı-ölkələrin müraciətli ucadan oxunacaq. Proqramda eyni zamanda AİB seminarları və İtaliyanın iqtisadiyyat və maliyyə nazirliyi tərəfindən təşkil olunmuş tədbir nəzərdə tutulub.
Qeyd edək ki, 58-ci illik iclas "Allianz MiCo - Milano Convention Centre" konqres mərkəzində keçirilir.
Bu dəfəki görüşün mövzusu “Təcrübə mübadiləsi, sabahın qurulması” olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilk dəfədir ki, İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin və media qurumlarının nümayəndələri iştirak edirlər.
AİB-in İdarəçilər Şurasının illik görüşləri bankın inzibati, maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər, həmçinin üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökumət təşkilatları, media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparmaları üçün imkan yaradır.