Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycanda 700 kvadrat metr xalça və xalça məmulatları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 kvadrat metr və ya 12,5% azdır.
Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 800 kvadrat metr xalça və xalça məmulatları istehsal edilmişdi.
Qeyd edək ki, cari ilin aprel ayının birinə ölkədə hazır xalça və xalça məmulatlarının ehtiyatı 5,2 min kvadrat metdir.