...

İtaliya Asiya İnkişaf Bankını risklərin bölüşdürülməsi mexanizmlərinin tətbiqində daha aktiv iştirak etməyə çağırır - Fabio Panetta

İqtisadiyyat Materials 5 May 2025 16:54 (UTC +04:00)
İtaliya Asiya İnkişaf Bankını risklərin bölüşdürülməsi mexanizmlərinin tətbiqində daha aktiv iştirak etməyə çağırır - Fabio Panetta
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

İtaliya Asiya İnkişaf Bankını risklərin bölüşdürülməsi mexanizmlərinin tətbiqində daha aktiv iştirak etməyə çağırır.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu İtaliyadan olan idarəçi – Fabio Panetta AİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.

O, AİB-i siyasət islahatlarının təşviqində və qarışıq maliyyə zəmanətləri, risklərin bölüşdürülməsi mexanizmləri kimi maliyyə alətlərinin tətbiqində daha fəal iştirak etməyə çağırıb.

"Bu da özəl sektorun daha geniş miqyasda iştirakının təmin edilməsinə kömək edəcək. G7-yə sədrliyi dövründə əldə etdiyi təcrübəyə əsaslanan İtaliya süni intellektin istifadəsinin iqtisadi nəticələrinin anlaşılmasının və innovasiyalarla risklərin idarə olunması arasında balansı təmin edən siyasət tövsiyələrinin təşviqinin vacibliyini vurğulayır”, – deyə o bildirib.

“Biz AİB-i islahatların təşviqində və maliyyə alətlərinin – qarışıq maliyyə zəmanətləri və risklərin bölüşdürülməsi mexanizmləri kimi vasitələrin tətbiqində daha fəal iştirak etməyə çağırırıq ki, özəl sektorun daha geniş cəlb olunmasının qarşısındakı maneələr aradan qaldırılsın.

İtaliya “G7”dəki sədrliyi dövründə əldə etdiyi təcrübəyə əsaslanaraq, süni intellektin istifadəsinin iqtisadi nəticələrinin dərk edilməsinin və innovasiyalarla risklərin idarə olunması arasında balans yaradan siyasət üzrə tövsiyələrinin irəli sürülməsinin vacibliyini vurğulayır”, – deyə o bildirib.

Panetta qeyd edib ki, rəqəmsal keçid getdikcə daha çox dünya üzrə məhsuldarlığa və inkişafa təsir göstərir.

“İtaliya AİB-in daxili səmərəliliyin artırılması və inkişaf problemlərinin həllinə yönəlmiş rəqəmsal texnologiyalardan, o cümlədən, süni intellektdən istifadəyə dair öhdəliyini dəstəkləyir. Effektiv transsərhəd ödəniş sistemləri İtaliya və Avropa üçün strateji prioritet olaraq qalır, belə ki, onlar ticarətin təşviqi, pul köçürmələrinin təmin edilməsi, maliyyə əlçatanlığının artırılması və iqtisadi artımın dəstəklənməsi baxımından vacibdir”, – deyə o əlavə edib.

Panetta bildirib ki, AİB-in təsisçi üzvü kimi İtaliya bu tədbiri yalnız ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün imkan kimi deyil, həm də inklüziv və gələcəyə yönəlik qlobal artımın təşviqi üçün bir platforma kimi qiymətləndirir.

“İtaliya 2024-cü ildə AİB-in qeyri-suveren əməliyyatlara artan diqqətini alqışlayır və inkişaf üçün innovativ və miqyaslana bilən həllərin təmin olunmasında özəl sektorun həyati əhəmiyyətli rolunu tanıyır. Mühəndislik, dizayn, sənaye innovasiyaları və digər sahələrdə tanınan təcrübəyə malik olan İtaliya şirkətləri regionun inkişaf prioritetlərinə əhəmiyyətli və davamlı töhfə vermək üçün unikal imkanlara malikdirlər”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti