Bakı. Trend:
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) əlaqələrin inkişafına böyük önəm verir. Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.
"AYİB-in İllik Toplantısı çərçivəsində keçirdiyimiz görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün təşəkkür etdik, bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzuladıq", - deyə paylaşımda qeyd edilib.