Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 674,2 ton mis konsentratı istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 601,9 ton və ya 9,3 dəfə artıb.
Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 72,3 ton mis konsentratı istehsal edilib.
Qeyd edək ki, cari ilin may ayının birinə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 154,8 ton olub.
Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 378,8 ton mis konsentratı istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1 743 ton və ya 5,6 dəfə azdır. 2023-cü ildə istehsal olunan mis konsentratının miqdarı 2 122 ton olub.