Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 424,4 min ton avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 87,2 min ton və ya 17% azdır.
Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə 511,6 min ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 44 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,607 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalıb.