...

Sukuk Mərkəzi Asiyada xarici investisiyaların cəlb olunmasında mühüm rol oynaya bilər

İqtisadiyyat Materials 20 May 2025 14:33 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Sukuk və ya şəirət normalarına uyğun istiqrazlar Mərkəzi Asiyanın imkanlarında maraqlı olan xarici investorların cəlb olunmasında mühüm rol oynaya bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu haqda Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında bildirilir.

“Regionda sukuk bazarının inkişafı üçün əlverişli şərait yaradılmalıdır. Bu, kapital bazarlarının tənzimlənməsi və vergitutma rejimlərinin uyğunlaşdırılmasını, dövlət sukuklarının buraxılmasını bənçmark kimi istifadəni və Mərkəzi Asiyada korporativ sukuk bazarının formalaşdırılmasını əhatə etməlidir”, - deyə hesabatda deyilir.

Müəlliflər qeyd edirlər ki, əvvəl başlanılmış təşəbbüslərin həyata keçirilməsi ilə paralel olaraq, yaxın 5–10 il ərzində Mərkəzi Asiya ölkələri öz yeni formalaşmaqda olan İslam maliyyə ekosisteminin əsaslarını möhkəmləndirməyə nail olmalıdırlar.

“Bu, geniş çeşidli məhsul və xidmətlər təklif edən inkişaf etmiş İslam bankçılığı sistemini, daha çox şəriətə uyğun sukuk və səhmlərin buraxıldığı fəal İslam kapital bazarlarını, eləcə də böyüyən İslam aktivlərinin idarə olunması və İslam finteks həlləri bazarlarını əhatə edə bilər”,- sənəddə qeyd olunur.

Bundan əlavə, o da qeyd olunur ki, gələcəkdə Mərkəzi Asiya ölkələri İslam maliyyələşdirilməsi sahəsində Malayziya və BƏƏ kimi aparıcı yurisdiksiyaların, eləcə də Səudiyyə Ərəbistanı və İndoneziya kimi iri İslam iqtisadiyyatlarının qabaqcıl təcrübələrindən yararlana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti