...

Macarıstanın enerji təchizatını türk dövlətləri ilə əməkdaşlıq olmadan təsəvvür etmək qeyri-mümkündür - Peter Siyarto

İqtisadiyyat Materials 21 May 2025 14:46 (UTC +04:00)
Macarıstanın enerji təchizatını türk dövlətləri ilə əməkdaşlıq olmadan təsəvvür etmək qeyri-mümkündür - Peter Siyarto
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Bu gün Macarıstanın enerji təchizatını türk dövlətləri ilə əməkdaşlıq olmadan təsəvvür etmək qeyri-mümkündür.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısının yekunlarına dair mətbuat konfransında deyib.

“Bu siyasi məsələ deyil, sadəcə fiziki məsələdir”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, enerji təchizatı məsələlərini siyasətə bağlamaq olmaz, çünki sabit enerji təchizatı olmadan ev tikmək mümkün deyil.

Peter Siyarto qeyd edib ki, Macarıstana qaz tədarükü Türkiyə üzərindən həyata keçirilir.

“Bu gün türk dövlətləri olmadan Macarıstanın enerji təhlükəsizliyini təmin etmək mümkün olmazdı”, – deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti