Bakı. Trend:
İslam İnkişaf Bankı Qrupuna üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının Plenar Sessiyasında iştirak etdik. Tədbir çərçivəsində Qrupa daxil olan qurumların illik toplantıları keçirildi, üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı barədə məlumat verildi.
Sənəddə infrastrukturun, özəl sektorun və insan kapitalının inkişafı, maliyyəyə çıxış imkanlarının artırılması, ərzaq və su təhlükəsizliyi, ticarətin inteqrasiyası kimi məsələlər öz əksini tapıb", - paylaşımda qeyd edilib.