Bakı. Trend:
Azərbaycanla İslam İnkişaf Bankı arasında tərəfdaşlığın şaxələndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə Bankın birgə fəaliyyətinin uğurlu nəticələrini vurğuladıq. Tərəfdaşlığın şaxələndirilməsi, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüslərin reallaşdırılması barədə müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.