...

Artıq kirayə mənzil üçün İKZF-yə tək şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür

İqtisadiyyat Materials 27 May 2025 12:50 (UTC +04:00)
Artıq kirayə mənzil üçün İKZF-yə tək şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Mygov” platformasında yeni istifadəyə verilmiş funksionallıq vasitəsilə “mygov”dan əldə etdikləri məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə birbaşa rəqəmsal şəkildə paylaşmaq mümkün olacaq.

Trend İpoteka Fonduna istinadən xəbər verir ki,əvvəllər bu arayışı fiziki formada təqdim etmək zəruri idisə, artıq bu proses tamamilə rəqəmsallaşdırılıb.

Bununla da satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaq istəyən vətəndaşların İpoteka və Kredit Zəmanət Fonduna kağız daşıyıcıda təqdim etməli olduğu sənədlərin sayı sıfıra enib.

Məhkumluq haqqında elektron arayışı həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə paylaşmaq mümkündür.

Yeni xidmət İpoteka və Kredit Zəmanət Fondu, Daxili İşlər Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Xidmətin istifadə qaydası aşağıdakı mərhələləri əhatə edir:

“mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olunur. “Məhkumluq haqqında arayış” seçilir. “Tarixçə” bölməsindən müvafiq arayışa keçid edilir. “Paylaş” funksiyası seçilir. İpoteka və Kredit Zəmanət Fondu seçilir və arayış elektron şəkildə göndərilir.

Əgər vətəndaşın məhkumluq haqqında arayışı “mygov” platformasında mövcud deyilsə, platformadan arayışın əldə olunması üçün müraciət edə bilərlər.

Qeyd edək ki, tətbiq olunan bu kimi rəqəmsal həllər vətəndaş məmnuniyyətinin artırılması, onların vaxt və resurslarına qənaət edilməsi, eləcə də kağız sərfiyyatının azaldılması kimi məqsədlərə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti