...

İyul ayında Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək

İqtisadiyyat Materials 29 May 2025 16:11 (UTC +04:00)
İyul ayında Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyulunda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası və biznes forumun keçirilməsi razılaşdırılıb.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında onlayn formatda görüş olub.

Görüşdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat və imzalanmış sənədlərin münasibətlərin inkişafında mühüm rolu qeyd olunub. Həmçinin Baş katibi To Lamın Hanoy şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda iştirakı dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirilib.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə genişlənməsi, ticari-iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı üçün potensial imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan zəngin enerji ehtiyatlarına sahib olaraq regional enerji mərkəzi kimi fəaliyyət göstərir, Vyetnam isə elektrik enerjisi sahəsində sürətlə inkişaf edir və yaşıl keçidə yönəlir. Hər iki ölkə yeni texnologiyalar, bərpa olunan enerji və hidrogen sahəsində əməkdaşlıq perspektivlərinə malikdir. Həmçinin infrastruktur və logistika, kadr hazırlığı və təcrübə mübadiləsi üzrə əməkdaşlığın genişləndirilməsi niyyəti ifadə olunub.

İkitərəfli münasibətlərin yeni əməkdaşlıq sahələri ilə möhkəmlənməsində Hökumətlərarası Komissiyanın mühüm rolu vurğulanıb və cari ilin iyul ayında Komissiyanın 3-c iclasının, habelə biznes forumun keçirilməsi razılaşdırılıb. Komissiyanın iclasının ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı əks etdirən gündəliyi və digər hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti