...

AİB Azərbaycan Dəmir Yollarının karbonsuzlaşdırılması layihəsi üzrə ilkin hesabat təqdim edəcək

İqtisadiyyat Materials 5 Dekabr 2025 13:25 (UTC +04:00)
AİB Azərbaycan Dəmir Yollarının karbonsuzlaşdırılması layihəsi üzrə ilkin hesabat təqdim edəcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) dekabr ayında karbonsuzlaşdırma layihəsi üzrə Azərbaycan Dəmir Yollarına ilkin hesabat təqdim edəcək.

Trend xəbər verir ki, bunu bu gün AİB-in heyət rəhbəri və enerji məsələləri üzrə mütəxəssisi Kanqbin Çjen (Kangbin Zheng) AİB və Azərbaycan Dəmir Yolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma üzrə layihənin Bakıdakı təqdimatında etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, hesabatda mühəndis layihələndirməsi üçün texniki əsaslar təmin olunacaq, şəbəkəyə inteqrasiya variantları nəzərdən keçiriləcək və həyata keçirilmə parametrləri müəyyənləşdiriləcək.

“AİB-in giriş missiyası çərçivəsində sahə müşahidələrinin aparılması, obyektlərin təşftişi , həmçinin depo, yarımstansiyalar, stansiyalar, yük meydançaları, logistika mərkəzləri və şəbəkə qoşulma nöqtələrinə baş çəkməklə əməliyyat məlumatlarının toplanılması planlaşdırılır”, - deyə o bildirib.

Kanqbin Çjen qeyd edib ki, dəmir yolu nəqliyyat sektorunun əsas və vacib elementlərindən biridir və milli iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə vermək potensialına malikdir.

“İş yalnız ADY-nin korporativ sərhədləri ilə məhdudlaşmayacaq. Biz həmçinin proqram yanaşması ilə hərəkət etmək - artıq yetkin, sınaqdan çıxmış texnologiyaları tətbiq etmək və onları Azərbaycanın reallıqlarına uyğunlaşdırmaq istəyirik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti