...

"Fitch" Gürcüstanın telekommunikasiya şirkətinin kredit reytinqini yüksəldib

İqtisadiyyat Materials 19 Dekabr 2025 10:07 (UTC +04:00)
"Fitch" Gürcüstanın telekommunikasiya şirkətinin kredit reytinqini yüksəldib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın aparıcı telekommunikasiya şirkətlərindən biri olan Silknet JSC-nin emitentin uzunmüddətli defolt reytinqini (IDR) B+ səviyyəsindən BB- səviyyəsinədək yüksəldib və reytinq üzrə proqnozu “stabil” olaraq müəyyən edib.

Trend bu barədə “Fitch Ratings”ə istinadən xəbər verir.

"Fitch" 300 milyon ABŞ dolları məbləğində başlıca təminatsız istiqrazların tam şəkildə ödənilməsindən sonra “Silknet”in borc öhdəliklərinə reytinq vermir.

“Reytinqlər “Silknet”in ana şirkəti olan “Silk Road Group Holding LLC” (BB-/stabil proqnoz) ilə güclü əlaqələrini əks etdirir. Belə ki, “Silknet Silkroad”un 400 milyon ABŞ dolları məbləğində avroistiqrazlarına zəmanət verir. Bundan əlavə, şirkətin Gürcüstanda ikinci ən böyük telekommunikasiya operatoru kimi bazarda möhkəm mövqeləri və müsbət sərbəst pul axını (FCF) yaratması nəzərə alınır. Maliyyələşmənin əsas hissəsi ana şirkət tərəfindən təmin edildiyindən, xarici borcun həcmi əhəmiyyətli deyil.

“Fitch Silknet” ilə onun ana şirkəti arasındakı əlaqələri güclü hesab edir ki, bu da “ana şirkət – törəmə şirkət” meyarlarının tətbiqinə ehtiyac olmadan reytinqlərin eyniləşdirilməsinə imkan verir. “Silknet Silk Road”un 400 milyon ABŞ dolları məbləğində avroistiqrazlarına zəmanət verir, ana şirkət isə “Silknet”in demək olar ki, bütün maliyyələşməsini təmin edir. “Fitch” bunu faktiki olaraq zəmanətin verilməsinə bərabər qiymətləndirir. “Silkroad” “Silknet”in səhmlərinin 95 faizinə sahibdir və payını artırmaq niyyətindədir”, – məlumatda qeyd olunur.

“Silknet”in yüksək dərəcədə cəmlənmiş, lakin nisbətən sabit və kiçik bazarda – 5,8 milyon mobil və 1,2 milyon pərakəndə internet abunəçisi olan mühitdə – rəqabət mövqelərini qoruyub saxlayacağı gözlənilir.

Agentliyin məlumatına görə, Gürcüstan bazarına əsasən iki iri operator – “Magticom” və “Silknet” – xidmət göstərir; üçüncü ən böyük oyunçu olan “Cellfie” xeyli geri qalır, digər daha kiçik şirkətlər isə bazarın cüzi hissəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti