Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycanda banklarda fiziki şәxslәrin әmanәtlәrinin 67,5%-i (10,7 milyard manat) milli valyutada, 32,5%-i (5,146 milyard manat) xarici valyutadadır.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, fiziki şәxslәrin әmanәt portfelinin 62,9%-i (9,964 milyard manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0,8% vә ya 80,3 milyon manat, tәlәbli әmanәtlәri isә 3,9% vә ya 218,4 milyon manat artıb.
Bundan başqa, 2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2,7% (4,959 әmanәtçi), ilin әvvәlindәn isә 26,8% (40,409 әmanәtçi) artaraq 190,9 min nәfәri üstәlәyib.
Eyni zamanda qeyd edilib ki, hesabat dövründə hüquqi şәxslәrin tәlәbli depozitlәri 16,044 milyard manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75,1%-ni tәşkil edib. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4,1% vә ya 840,4 milyon manat artaraq 21,354 milyard manat tәşkil edib.
