...

Bakıda Mikromaliyyə Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 29 Yanvar 2026 09:35 (UTC +04:00)
Bakıda Mikromaliyyə Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” keçirilib.

Trend xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kapital Bazarları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaratmaq, mikromaliyyə sektorunda investisiya imkanlarını investorlar üçün təqdim etmək məqsədilə keçirilib. Forum çərçivəsində regionlarda fəaliyyət göstərən BOKT-lər maliyyə göstəricilərini, biznes modellərini və investisiya təkliflərini potensial investorlarla bölüşüblər.

Mərkəzi Bankın Baş direktoru Fuad İsayev çıxışında bildirib ki, 2025-ci ildə BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib:

"54 BOKT, 34 kredit ittifaqı fəaliyyət göstərir. Bunlardan biri istisna olmaqla hamısında özəl sektor təmsil olunur. 2025-ci ildə BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib. Eyni zamanda ötən il BOKT-ların kredit portfeli 29% artaraq 1 milyard manatı üstələyib. BOKT-ların kapitalı ötən il 26,2% artaraq 3 milyon manataı üstələyib. Ümumilikdə, BOKT-ların kapitalı ümumi aktivlərin 24,5%-ni təşkil edir.

O həmçinin qeyd edib ki, regionlardakı filial şəbəkəsinə görə Bank Olmayan Kredit Təşkilatları (BOKT) aparıcı mövqeyə sahibdir. BOKT-ların 238 filialı regionlarda fəaliyyət göstərir:

"Hazırda sektorda 54 BOKT və 35 kredit ittifaqı fəaliyyət göstərir, bunlardan biri istisna olmaqla hamısı özəl sektoru təmsil edir. Həmçinin, mikromaliyyə sektorunda 14 xarici kapitallı BOKT fəaliyyət göstərir".

“Bakı Fond Birjası“nın Baş İcraçı direktorun müavini, Baş Kommersiya inzibatçısı isə Oqtay Qasımov Bakı Fond Birjasının mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi 500 min manata endirdiyini açıqlayıb.

"Bakı Fond Birjasının standart listinq seqmenti və əsas bazar listinq seqmenti var. Əsas bazar seqmenti daha böyük və inkişaf etmiş şirkətlər üçün nəzərdə tutulub. Standart bazar seqmenti inkişafda olan, daha xırda şirkətlər üçün nəzərdə tutulub. Borc bazarı seqmentində nominal minimal tələb bir milyon manat təşkil edir. Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün bu məbləği yarıya endirdik - 500 min manat təşkil edəcək. Bu barədə artıq qərar verilib, yaxın zamanda açıqlanacaq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti