...

Ötən il BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib - AMB

İqtisadiyyat Materials 29 Yanvar 2026 09:52 (UTC +04:00)
Ötən il BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Fuad İsayev bu gün Bakıda keçirilən Mikromaliyyə Forumunda deyib.

"54 BOKT, 34 kredit ittifaqı fəaliyyət göstərir. Bunlardan biri istisna olmaqla hamısında özəl sektor təmsil olunur. 2025-ci ildə BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib. Eyni zamanda ötən il BOKT-ların kredit portfeli 29% artaraq 1 milyard manatı üstələyib. BOKT-ların kapitalı ötən il 26,2% artaraq 3 milyon manataı üstələyib. Ümumilikdə, BOKT-ların kapitalı ümumi aktivlərin 24,5%-ni təşkil edir.

Son 3 ildə BOKT-lar tərəfindən 86 milyon manat məbləğində istiqraz buraxılışı həyata keçirilib. Sevindirici haldır ki, 2023-cü illə müqayisədə 2025-ci ildə buraxılmış istiqrazların həcmində 4 dəfəyədək artım müşahidə edirik", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti