...

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıması sahəsində mövcud vəziyyət müzakirə edilib

İqtisadiyyat Materials 29 Yanvar 2026 16:13 (UTC +04:00)
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıması sahəsində mövcud vəziyyət müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıması sahəsində mövcud vəziyyət müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirdik.

Görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi apardıq.

Eyni zamanda daşıyıcıların təkliflərini dinlədik və fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımları müzakirə etdik”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti