Bakı. Trend:
2025-ci ildə Azərbaycandan 56,8 milyon ABŞ dolları dəyərində mis filizləri və konsentratları ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 54,7 milyon ABŞ dolları və ya 27 dəfə çoxdur.
Belə ki, 2024-cü ildə Azərbaycandan 2,1 milyon ABŞ dolları dəyərində mis filizləri və konsentratları ixrac edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.
