...

Mərkəzi Bank vətəndaşları "ASAN xidmət" mərkəzində qəbul edəcək

İqtisadiyyat Materials 11 Fevral 2026 10:14 (UTC +04:00)
Mərkəzi Bank vətəndaşları "ASAN xidmət" mərkəzində qəbul edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən vətəndaş qəbulunun “ASAN xidmət” mərkəzlərində təşkil edilməsi nəzərdə tutulur.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcək.

Beləliklə, cari ilin 17 fevral tarixindən etibarən Mərkəzi Bank tərəfindən Bakı şəhərində vətəndaşların qəbulu aşağıda qeyd olunan “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək:

ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 23)

ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 115)

Qeyd olunan tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında vətəndaşların qəbulu dayandırılacaq.

Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Belə ki, Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında və Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 32 ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək. Eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar qəbullar təşkil olunur.

Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur və bu istiqamətdə müvafiq işlər görülməkdədir.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hər hansı sual yaranarsa, Mərkəzi Bankın “966” Çağrı mərkəzi ilə əlaqə saxlanıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti