...

Azərbaycanın qeyri-neft ixracı 9% artıb

İqtisadiyyat Materials 11 Fevral 2026 12:41 (UTC +04:00)
Azərbaycanın qeyri-neft ixracı 9% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə fevral sayında bildirilib.

Məlumata görə, hesabat dövründə ölkənin yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin birinci ayında ixrac üzrə artım göstəriciləri aşağıdakı kimi olub:

-Şəkər: 169,3%

-Pambıq iplik: 137,6%

-Bitki və heyvan mənşəli piylər və yağlar: 90,8%

-Alüminium və məmulatlar: 39,5%

-Meyvə-tərəvəz: 32,1%

-Pambıq lifi: 23,2%

-Çay: 20,9%

-Spirtli və spirtsiz içkilər: 14,2%

“2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti