...

Azərbaycan IT sahəsindəki ixracı bir milyard dollara çatdıra bilər - Nazir

İqtisadiyyat Materials 11 Fevral 2026 21:20 (UTC +04:00)
Azərbaycan IT sahəsindəki ixracı bir milyard dollara çatdıra bilər - Nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan IT sahəsindəki ixracı bir milyard dollara çatdıra bilər.

Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

"Nəhayət, innovasiya ekosistemi artıq məruzə etdiyim kimi, fokuslanandan sonra bizim əsas məqsədimiz bütün bu həllərin bu sahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Bu sahədə artıq 2022-ci ildə Sizin və Mehriban xanımın birbaşa müdaxiləniz və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışan şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik norması qəbul edilmişdir və bunun nəticəsi olaraq bu gün texnopark rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatmışdır. Onlardan 10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlir təxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki, bu, bizim ölkəmizin potensialını əks etdirmir", - deyə o bildirib.

Nazir bildirib ki, əsas göstərici bu sahədəki ixrac rəqəmidir.

"Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik", deyə R.Nəbiyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti