...

Ekspert: " 2008-ci ildə Azərbaycanda inflyasiya birrəqəmli ola bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2007 20:26 (UTC +04:00)
Ekspert: " 2008-ci ildə Azərbaycanda inflyasiya birrəqəmli ola bilər"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ 2008-ci ildə Azərbaycanda inflyasiya birrəqəmli olacaq. Bunu çərşənbə axşamı Azərbaycanın Nazirlər Kabineti aparatının iqdisadiyyat və maliyyə-kredit şöbəsinin keçmiş rəhbəri Oktay Haqverdiyev bildirib. "Əgər 2008-ci ildə dövlət tərəfindən tənzimlənən qiymətlərdə ajiotaj doğuran növbəti artım baş verməsə, ölkədə inflyasiyanın səviyyəsi 7-8 faiz olacaq",-deyə Haqverdiyev söyləyib.

Azərbaycanın dövlət tarif şurası qiymətləri, xüsusilə, enerji daşıyıcıları və kommunal xidmətlər sahəsindəki qiymətləri tənzimləyir.

Asiya Inkişaf Bankı da öz hesabatında Azərbaycanda inflyasiya üzrə proqnozları açıqlayıb.

Bankın hesabatına əsasən , Azərbaycanda inflyasiya 2008-ci ildə 15 faiz səviyyəsində proqnozlaşdırılır.

2007-ci ildəki proqnazlar barədə isə Haqverdiyev bildirib ki, il 17-18 faiz inhflyasiya ilə başa çatacaq,ilin sonunda isə ,artım ola bilər. Asiya Inkişaf Bankı da ,həmçinin, 2007-ci ilin sonu üçün inflyasiyanı 18 faiz həcmində qiymətləndirir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda inflyasiyanın səviyyəsi səkkiz ayda 15,9 faiz olub.

Xəbər lenti

Xəbər lenti