...

Bakı yeni avtomobil körpüsü və piyada keçidinin açılışına hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2007 12:18 (UTC +04:00)
Bakı yeni avtomobil körpüsü və piyada keçidinin açılışına hazırdır

Azərbaycan, Bakı /" TendCapital ", müxbir S.Əliyev/ Azərbaycan Nəqliyyat Nazirliyi sentyabrın 25-də çərşənbə axşamı Z.Bünyadov küçəsində nəqliyyat asması, Bülbül prospekti və Nizami küçəsinin kəsişməsində isə piyada keçidini istismara verməyə hazırlaşır. Bu barədə bazar ertəsi Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bu, şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramı çərçivəsində Bakıda inşa olunan 5-ci yeni körpü olacaq.

Ümumilikdə paytaxtda 9 nəqliyyat asması tikiləcək. Hazırda "Məşədi Əzizbəyov" metro stansiyası, "Ekselsior" mehmanxanası, "Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığında və Bakının 3-cü mikrorayonunda daha 4 körpünün tikintisi aparılır.

Nəqəliyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, birinci iki asmanın tikintisi gələn ilin əvvəllərində başa çatdırıla bilər.

Bütün işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi" barədə sərəncamı əsasında Bakıda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması layihəsi çərçivəsində həyata keçirilir. Ümumi maliyyə dəyəri 330 mln. AZN qiymətləndirilir.

Hazırda nəqliyyat asmalarının və 16-17 yeni körpünün tikintisi üzrə proqramın həlli məsələləri nəzərdən keçirilir. Əgər bu proqram təsdiq olunarsa, tikinti işləri gələn ildən reallaşdırıla bilər.

Xəbər lenti

Xəbər lenti