...

Nazir: "Almaniya Azərbaycanın birbaşa investisiyalarında maraqlıdır" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 20:56 (UTC +04:00)
Nazir:   "Almaniya Azərbaycanın birbaşa investisiyalarında maraqlıdır" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Almaniya Azərbaycanın həm birbaşa, həm də səhmlər vasitəsilə investisiyalarında maraqlıdır. Azərbaycanın, xaricdə energetika layihələrinin bu cür investisiyalaşdırılmasında təcrübəsi var. Bunu cümə günü Bakıya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Almaniyanın iqtisadiyyat və yeni texnologiyalar naziri Mixail Qloss bildirib.

"Lakin səfər zamanı bu istiqamətdə konkret müzakirələr aparılmayıb",-deyə nazir söyləyib.

Onun sözlərinə görə, Alman şirkətləri Azərbaycanla neft-qaz, magistral yolların tikintisi, ətraf mühitin qorunması, suyun təmizlənməsi, sənaye və məişət tullantılarının emalı və utilizasiyası sahələrində əməkdaşlıqda maraqlıdır.

"Biz , həmçinin, alternativ enerji (külək, günəş və biokütlə) mənbələrinin yaradılması təcrübəsinin tətbiqini təklif etməyə hazırıq. Bununla əlaqədar, artıq işçi qrupu fəaliyyət göstərir",-deyə Qloss söyləyib.

Xəbər lenti

Xəbər lenti