...

Azərbaycanda "Quş qiripi"nin qarşısının alınması üzrə monitorinqə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 13:38 (UTC +04:00)
Azərbaycanda "Quş qiripi"nin qarşısının alınması üzrə monitorinqə start verilib

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Bazar ertəsi Azərbaycanda "Quş qripi"nin qaşısının alınması üzrə bu il ərzində 10-cu monitorinqə start verilib. bu barədə Azərbaycan Knəd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, çöl və ev quşlarının vəziyyətinin öyrənilməsi üzrə monitorinq müvafiq olaraq oktyabrın 26-da və noyabrın 2-də başa çatacaq. Quşlardan götürülən qan nümunələrinin labaratoriya araşdırmalarının nəticələri noyabrın 3-də elan olunacaq.

Monitorinq Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkəranı əhatə edəcək. O, tərkibi Baytarlıq Xidməti, Ekologiya, Səhiyyə Nazirlikləri və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılır.

Bu il Dövlət Xidməti Azərbaycanda 8 mindən yuxarı çöl və ev quşu nümunəsi tədqiq edib. Heç birində virus daşıyıcısı aşkar olunmayıb. Azərbaycanda çöl quşlarının istifadəsi və satışına qoyulan qadağa qüvvədədir. Ölkənin bütün sərhəd-keçid baytarlıq məntəqələri nəinki "quş qripi", həmçinin Afrika taunu, dabaq və digər xəstəliklərin yayılmasının qarşısının alınması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti